YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhid Səbuhi Məmmədovun ailəsini ziyarət ediblər

YAP Tərtər rayon təşkilatı sədrinin  səlahiyyətlərini  icra edən Ramiz Şabanov və təşkilatın fəalları 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Məmmədov Səbuhi Zahid oğlunun şəhadətinin ildönümü ilə əlaqədar onun doğulduğu Kəngərli kəndində məzarını ziyarət ediblər.

Sonra şəhidin valideyinləri ilə görüşən təşkilatın nümayəndələri Səbuhi Məmmədovun xatirəsini böyük ehtiramla anım, ailə üzvlərinə başsağlığı veriblər.

Şəhidin valideyinləri ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.