YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda şəhid və qazi ailələri ilə bir arada qeyd edib

Ucar rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib.

Əvvəlcə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisinin deputatı Ramil Həsən və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Ucar Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda edən şəhidlərin məzarları da ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra rayon mərkəzində keçirilən mərasimə qatılan tədbir iştirakçıları şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

M.Məmmədov rayon ictimaiyyətini Zəfər Günü münasibətilə təbrik edərək Ali Baş Komandanın ətrafında sıx birləşən ordu və xalq birliyi ilə qazanılan qələbədən danışıb.

R.Həsən çıxışında bildirib ki, güclü və qüvvətli Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan əsgəri düşməni məğlub edərək tarixin arxivinə gömüb.

Şəhidlərin ailə üzvləri, qazilər də Zəfər Gününün xalqımız üçün önəmindən danışıb, Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan bütün şəhidlərin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağını söyləyiblər.