YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Səbuhi Süleymanovun ildönüm mərasimi keçirilib

Ucarda Vətən Müharibəsi şəhidi Süleymanov Səbuhi Ələkbər oğlunun şəhadətinin birinci ildönümü qeyd olunub.

Anım tədbirinə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və partiya fəalları, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qatılıblar.

Mərasim iştirakçıları rayonun Bərgüşad kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Sonra şəhidin adına inşa edilən bulağın qarşısında davam edən anım mərasimində Səbuhi Süleymanovun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət edən Səbuhi Süleymanov Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.