YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Xətai və Pirallahı rayon təşkilatlarının nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Xətai və Pirallahı rayon təşkilatlarının nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Ziyarətçilər parkda nümayiş etdirilən Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlarla, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə böyük maraqla tanış olublar.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndiriblər.

YAP-ın nümayəndələri Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.