YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda qazilərlə görüş keçirilib

44 günlük Vətən müharibəsi ilə əlaqədar Səbail rayonundan olan qazilərlə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, YAP Səbail rayon təşkilatının üzvüləri Hacan Hacıyev, Fəxriyyə Xələfova, qazi Həşim Mədətov, Fərid Həsənov və digərləri çıxış edərək 44 günlük Zəfər və Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət haqqında öz fikirlərini səsləndiriblər.

Çıxış edən M. Nağıyev ordu quruculuğu, Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyindən və gənclərin müharibə vaxtı göstərdiyi şücaətdən danışaraq Azərbaycan xalqının 30 illik əsarətdən necə xilas olduğunu bir daha xatırladıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildiyini vurğulayaraq Azərbaycanın qalib ölkə olduğunu bir daha söyləyib.

Sonda qazilər mükafatlandırılıb.