YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli şəhidlərinin xatirəsinə tikinlən bulaq kompleksinin açılışı olub

İmişli rayon İcra Hakimiyyətinin başçsı Elçin Rzayev və YAP İmişli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev, rayon ictimiayyəti İkinci Qarabağ müharibəsinin şəhidləri-Süleymanov Emin Bəhmən oğlunun və Cəfərov Osman Elsever oğlunun  İmişli şəhər 5 saylı məktəb litseyinin həyətində  inşa edilmiş bulaq kompleksinin açılışında iştirak ediblər.

İştirakçılar çıxışlarında bildirdilər ki, şəhidlərimizin əziz xatirələri daim uca tutulmaqla xalqımızın qəlbində əbədi yaşayacaq. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər davamlı olaraq keçirilir.

Ziyarətçilər Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyərək onların problem və qayğıları ilə də maraqlanıblar.