YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı 8 noyabr Zəfər Bayramı ilə əlaqədar tədbir keçirib

YAP Laçın rayon təşkilatında “Zəfər Günü” mövzusunda videkonfrans keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Videokonfransda çıxış edən YAP Laçın rayon təşkilatı sədrinin səlahiyətlərini icra edən İlqar İlyasov  bildirdi ki, 30 il ərzində bütün Azərbaycan xalqını birləşdirən bir sual var idi: "Bu işğal nə zaman bitəcək?", "Öz dədə baba torpaqlarımıza nə zaman geri dönəcəyik?". 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının "İRƏLİ!" əmrilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə 30 illik həsrətə son qoyuldu. 30 ildə Qarabağ sözü qəlblərdə yaranmış ağrıya, niskilə, göz yaşlarına son qoyuldu. Bütün şəhidlərimizin qanı yerdə qalmadı. Ədalət qalib gəldi, ərazimiz bütövləşdi, Qarabağ Azərbaycanımıza qovuşdu. Bir sözlə, haqqın öz yerini tapdığı gün gəlib çıxdı və cənab Prezidentimiz İham Əliyevin də dediyi kimi: "Bizim üçün artıq 30 illik işğal da, müharibə də arxada qalmışdır". Bəli, bütün bunlara 44 günlük müharibə ərəfəsində – öz torpaqlarımıza göz tikən, sonra da torpaqlarımızdan Müzəffər Ordumuzun əsgər və zabitləri tərfəindən it kimi qovulan faşistxislətli vandal, yeri-yurdu olmayan işğalçı erməni əsgərlərinə elə bir dərs verildi ki, hətta bütün hərbi sursatlarını, hər şeylərini qoyub qaçdılar.

İlqar İlyasov  qeyd edib ki, bu gün müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin ruhu şaddır, çünki  Qarabağ «məsələsi» artıq yoxdur: “Qarabağ məsələsi artıq Ulu Öndərin siyasətini uğurla davam etdirən ölkə başçımız cənab İlham Əliyev tərəfindən əbədi olaraq öz həllini tapdı – torpaqlarımız bütövləşdi, artıq Qarabağ Azərbaycandır. 44 günlük Vətən müharibəsi Şəhidlərimizin qəhrəmanlıq salnaməsidir. Şəhidlərimiz öz qanı ilə, canı ilə torpaqlarımızı işğaldan azad etdilər. Bütün dünyaya Azərbaycan xalqının mərd, igid, qürurlu xalq olduğunu sübut etdilər. Biz onlarla qürur duyuruq. Şəhidlərimizin keçdikləri şərəfli yol yetişməkdə olan gənc nəsilə örnəkdir.”