YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatında Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

YAP Yevlax rayon təşkilatında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "8 Noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Gənclər Evi Sosial Xidmət müəssisəsinin, Gənclərin Karyera və İnkişaf mərkəzinin Yevlax nümayəndəliyinin, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbirdə  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin, “Zəfər yürüşü” adlı qısa videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən  YAP Yevlax rayon təşkilatının məsul əməkdaşı Rafiq Əliyev Vətən müharibəsində qazanılan Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını bildirib.

Daha sonra tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhid Emin Kazımovun atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Zülfüqar Zülfüqarlı, Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova çıxış edərək  44 günlük müharibədə Prezident-xalq-ordu birliyinin şahidi olduqlarını qeyd ediblər.