YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə şəhid kapitan Hafiz Abdurrahmanovun xatirəsi yad edilib

YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və fəalları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri  44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıq göstərərək şəhid olmuş Hafiz Xalid oğlu Abdurrahmanovun rayonun Sabirkənd kəndində keçirilən anım mərasimində iştirak ediblər.

Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşüb qayğıları ilə maraqlanıblar. Həmçinin onlar şəhidin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər.

YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev bildirib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin 44 günlük İkinci Qarabağ müharibəsindəki cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Zəfər bəxş etdi.

Çıxış edənlər şəhid Hafiz Abdurrahmanov Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşdüyünü, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyini xüsusi qeyd ediblər.

Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.