YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir

Yeni strategiya, təfəkkür çox vacibdir. Xüsusilə Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir.

Bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal etməyə köklənib, lakin uğursuzluğa düçar olub”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, hazırda vəziyyət tamamilə dəyişib. İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına baxmayaraq, Ermənistan yaxşı qonşuluq münasibətləri qursa, ərazi iddialarına son qoysa, bu, ona xeyir gətirəcək.