YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafiz Paşayev: Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik

ADA Universiteti Qarabağ mövzusunda çoxsaylı tədbirlər keçirib. Lakin bu konfrans tamamilə başqa mahiyyət kəsb edir. Biz bu gün xalqımızı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzu, özümüzü Qələbə münasibətilə təbrik edə bilirik.

Bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgidə çıxışı zamanı deyib.

O bildirib ki, bir il bundan əvvəl başlayan müharibə 44 gün davam edib, çox şərəfli bir Qələbə ilə yekunlaşıb. “Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülhün üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə cavanlar bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik”, - deyə Hafiz Paşayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv