YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tarixi ədaləti bərpa edərək işğala son qoydu

Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Dörd il müddətində işğal edilən torpaqlarımızı 44 günlük müharibə ilə azad etdik. Azərbaycan Ordusu böyük qəhrəmanlıq, şücaət göstərərək tarixin ən şanlı səhifəsini yazdı.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Otuz il müddətində mütəmadi görüşlər, müzakirələr aparılıb. Siyasi danışıqlar, onların inkişaf tendensiyası göz önündə olub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu müddətdə üçüncü qüvvələrin təsirinə düşmədi”, - deyə Ceyhun Bayramov qeyd edib.

Müstəqilliyin ilk illərində üzləşdiyi problemlərdən danışan nazir bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyev fenomeni ətrafında birləşərək bütün çətinliklərin öhdəsindən gəldi. Azərbaycan cəmiyyəti öz milli dəyərlərinə sadiq qaldı. Uğur hekayəsinin əsası məhz həmin dövrdə qoyuldu.

DİGƏR Xəbərlər Arxiv