YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox cəsarətli bir addımdır

COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox cəsarətli bir addımdır. Foruma çoxsaylı iştirakçının canlı olaraq qatılması həm də insanların həyatımızı zəhərləyən bu pandemiyanın bitməsi arzusunun ifadəsidir.

Bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumundakı çıxışında bildirib.

Forumun “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr edilməsinin zamanında verilmiş əhəmiyyətli qərar olduğunu söyləyən Binəli Yıldırım deyib: “Bu epidemiya göstərdi ki, dünyada heç bir ölkə təkbaşına təhlükəsizlikdə deyil. Bütün dünyanın güvəndə olması, bütün bölgələrin, insanların təhlükəsizlikdə olmasından asılıdır”.

O qeyd edib ki, Türkiyə bu pandemiya ilə mübarizədə ən öndə gedən ölkələrdən biri olmağı bacardı. Bunun başlıca səbəbi isə 20 il ərzində ölkənin səhiyyə sisteminə, infrastrukturuna qoyulan böyük yatırımlardır.

DİGƏR Xəbərlər Arxiv