YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının daha bir ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının S.S.Axundov küçəsi 1 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

 Yığıncaq iştirakşıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, əziz xatirəsini ehtiramla yad etdiblər.

Daha sonra hesabat-seçki yığıncağının gündəliyində duran iki məsələ -

ərazi partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə təşkilat sədrinin hesabat məruzəsi, sədrin və sədr müavininin seçilməsi müzakirəyə çıxarılıb.

Gündəlikdə duran birinci məsələ ilə bağlı ərazi partiya təşkilatının sədri, Milli Aerokosmik Agentliyinin baş direktorunun birinci müavini Tofiq Süleymanov geniş hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlandı. Milli Aerokosmik Agentliyinin baş direktoru, ərazi partiya təşkilatının üzvü Natiq Cavadov və digər çıxışçılar təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşdülər. Çıxış edənlər VI Qurultaydan ötən müddət ərzində təşkilatın fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə catdırdılar.                                           

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin partiya üzvlərini qarşıdan gələn 8 Noyabr–Zəfər Günü münasibətilə təbrik edərək, Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Çıxışının davamında rayon təşkilatının fəaliyyəti barədə məlumat verərək, ərazi partiya təşkilatını daha da fəal olmağa çağırdı, müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Daha sonra təşkilati məsələlər geniş müzakirə olundu. Partiya üzvlərinin yekdil qərarı ilə Natiq Cavadov ərazi partiya təşkilatının sədri, Rafiq Ağamalıyev sədr müavini seçildilər.