Xəbərlər
Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Məşhur Məmmədov seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Millət vəkili bildirib ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya prioritet məsələ kimi qoyub.
M.Məmmədov seçiciləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyini və həlli istiqamətində addımlar atılacağını bildirib.
Seçicilər səmimi görüşdən məmnunluqlarını ifadə ediblər.