YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə şəhidlərin adına inşa edilən xatirə bulaqlarının açılışı olub

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və YAP İmişli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev, rayon ictimiayyəti İkinci Qarabağ müharibəsinin şəhidləri rayonun Qaralar kəndinin sakini Həsənov Nemət Emin  oğlunun və İmişli şəhər  sakini şəhid Nuriyev Vüqar Hafis oğlunun anım mərasimlərində və xatirə bulaqarının açılışlarında iştirak ediblər.

Ziyarətçilər Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və valideynlərinə səbr diləyərək onların problem və qayğıları ilə maraqlanıblar.  

İmişli Rayon İcra Hakimiyyətinin başçsı Elçin Rzayev və YAP İmişli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Səfa Ağayev çıxış edərək şəhidlərin qəhrəmanlıqlarını yüksək qiymətləndiriblər. Vurğulayıblar ki, xalqımız və dövlətimiz şəhidlərin əziz xatirlərinə ehtiram göstərir, onların xatirəsini daim uca tutur. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda da Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər davamlı olaraq keçirilir.