YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Qədir Məmişovun xatirəsi yad edilib

YAP Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları, o cümlədən rayon ictimaiyyəti 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıq göstərərək şəhid olmuş Məmişov Qədir Zülfəli oğlunun rayonun Mircəlal kəndində keçirilən ildönümü mərasimində iştirak ediblər.

Ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşüb qayğıları ilə maraqlanıblar. Həmçinin onlar şəhidin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər.

YAP Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev bildirib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin 44 günlük İkinci Qarabağ müharibəsindəki cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Zəfər bəxş etdi.

Çıxış edənlər şəhid Qədir  Məmişovun Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığını, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyini xüsusi qeyd ediblər.

 Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.