YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çavuş Ərəstun Həsənovun şəhadətinin ildönümü keçirilib

YAP Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları noyabrın 3-də İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Beyləqan rayon Kəbirli kənd sakini, çavuş Həsənov Ərəstun Əfşan oğlunun il mərasimində iştirak edərək şəhidin ailələsinə təmkin və səbr diləyiblər. İştirakçılar şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini yad ediblər.

Qeyd edək ki, təşkilatın rəhbərliyi və fəalları davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələrinə baş çəkərək problem və qayğıları ilə maraqlanır, həmçinin şəhid məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri qoyurlar.