YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Nərimanov və Suraxanı rayon təşkilatlarının nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının Nərimanov və Suraxanı rayon təşkilatlarının nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunması məqsədini daşıyır.

Ziyarət zamanı YAP-ın rayon təşkilatlarının nümayəndələrinə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə tanış olublar.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri Hərbi Qənimətlər Parkını  Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndiriblər.

Ziyarətçilər Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.