YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhidlərimizin xatirəsi yad edilib

Oktyabrın 29-da Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, rayonun hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və digər ictimaiyyət nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Buravar kənd şəhidi Abbasov Seymur Adil oğlunun, Qarakazımlı kənd şəhidi Abdullayev Əkrəm Azad oğlunun, Təzəkənd kənd şəhidi Sadıqov Elnur Kərim oğlu və Kazımabad kənd şəhidi Bədirov Murad Qismət oğlunun anım mərasimlərində iştirak ediblər.

Daha sonra rayonun Kazımabad  kəndində Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Cəsur, düşmənə göz açmağa aman verməyən vətənpərvər igidlərimizin döyüş yolu barədə söhbət açılıb, valideynlərinə dərin hüznlə başsağlığı verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

DİGƏR Xəbərlər Arxiv