YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Xəzər rayonunda Vətən müharibəsi  şəhidləri Orucov Nicat Niyadxan oğlu və Əliyev İbrahim Nəcəfqulu oğlunun anım mərasimi keçirilib.

 Anım  mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, qazilər, rayon ictimaiyyəti və din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub və keçdikləri döyüş yollarından danışılıb, göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.

Mərasimlərdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidlərin ailələrinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışında bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edib. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidlərimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.