YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Danılmaz bir həqiqət

Samir VƏLİYEV

YAP Nərimanov rayon təşkilatının sədri

Heç kimdə şübhə doğurmayan bir aksioma var ki, bugünkü müstəqil, qüdrətli, demokratik, sivil və dünyəvi Azərbaycan Respublikasının baş memarı Heydər Əliyevdir. Bu gün ki sərbəstlik, təhlükəsizlik, sabitlik, insan hüquq və azadlıqıarının qorunmasının yüksək səviyyədə təmin olunması məhz Heydər Əliyevin gərgin zəhmətinin nəticəsidir.

Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasında gerçək vətəndaş həmrəyliyi və siyasi əxlaq faktoru dayanır.

Vaxtı ilə Ulu Öndər ölkənin tale yüklü yolunun məhz demokratiya yolu olduğunu göstərdi. Belə bir kəlam var: “Dahilərin bir tarixi var, o da onun doğum tarixidir

Dünyasını dəyişmək tarixi isə onun ölməzlik tarixidir, əbədilik tarixidir”.

Heydər Əliyev elə bir dahidir ki, o yüz illərlə, min illərlə yaşayacaqdır. Ona görə ki, H.Əliyev elə bir bənzərsiz zirvədir ki, onun özül üzərində qurulmuş sütunları bəşər tarixindəki, dahiliklərdən yoğrulub yapılmışdır.

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idrəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi staregiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Lider adı ilə bağlı olmasın. Azərbaycan milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidməti misilsizdir.

Düşünəndə ki, ərazisinin iyirmi faizi işğal olunmuş, bir milyondan çox qaçqını, çoxlu problemləri olan ölkə bu qədər yüksək sürətlə necə inkişaf edə bilər? Bu suala cavab çox sadə və asandır-doğru seçilmiş yol. O yol hansının ki, təməlini Heydər Əliyev qoymuşdur.

Bizim son tarixi keçmişimizə nəzər salsaq görərik ki, Azərbyacan öz milli-siyasi azadlığı uğurunda mübarizəyə hələ 1988-ci ildə qalxsa da, öz dövlət müstəqilliyini 1991-ci ildə elan etsə də gerçək milli-siyasi azadlığın nə demək olduğunu biz Azərbaycanlılara yalnız ümumilli Liderimiz ölkə rəhbərliyinə qayıdışından sonrakı dövr anlatdı.

Əbədi Liderimiz 2-ci dəfə hakimiyyətə qayıdışı zamanı iki əsas məsələni qarşısına qoydu. 1-ci məsələ köhnə, xaotik, dağıdılan, parçalanan, sürətli tənəzzül zolağına düşmüş Azərbaycan reallıqlarından imtina etmək, yeni, dünyəvi, azad, müstəqil, sivil Azərbaycan qurmaqdan ibarət idi. Və buna da nail oldu.

Bu dahi şəxsiyyətin qarşısındakı 2-ci əsas məsələyə isə Azərbaycanın bu gününü və gələcəyini təmin edə biləcək, H. Əliyev yolunu davam və inkişaf etdirəcək güclü dövlətçilik qabiliyyətinə malik yeni nəsil formalaşdırmaqdan ibarət idi.

Əbədi liderimiz bu məsələni də həll etdi.

Ulu öndər başlanan işlərin uğurlu sonluğuna çatmaq üçün Azərbaycanı kimə əmanət elmək olar, hansı qabilliyətə, hansı dünya görüşünə, hansı keyfiyyətə malik olan insana, hansı bir şəxsiyyətə etibar etmək olar, düşüncəsi ilə yaşadı, aradı, axtardı və yekun olaraq qərar verdi. Bu şəxsiyyət yalnız İlham Əliyev ola bilər.

“Nə üçün məhz İlham Əliyev” sualını Ulu Öndərimiz bütün xalq qarşısında qoydu.

Heydər Əliyev: Mən seçici olsaydım İlham Əliyevə səs verərdim. Niyə? Təkcə ona görə ki, öz oğlu barədə belə bir təbii istəkdədir? Yox, bu cür ciddi və taleyüklü məsələyə Heydər Əliyev kimi dahi şəxsiyyət ata-oğul prizmasından yanaşmaz. O, tamam fərqli mülahizələri əsas götürür.

O mülashizələr ki, onlar uzunmüddətli siyasi təhlillərin nəticəsidir. Düşünürük ki, Heydər Əliyev seçici kimi İlham Əliyevə səs vermək istədiyini deyəndə öz övladı İlham Əliyev yox, bütün Azərbaycanın gələcək lideri İlham Əliyevə səs verməyi nəzərdə tutur.

Eyni zamanda İlham Əliyevin fitri istedadına, milli maraqların müdafiəçisi olmaq bacarığına, milli-mənəvi zənginliyinə, əsl azərbaycanlı kimi soykökünə və xalqına bağlılığına səs vermək fikrini açıqlamışdır. Budur məsuliyyətin mahiyyəti.

Aparılan təhlillər, söylənilən fikirlər, verilən proqnozlar, bugünkü reallığı tamamilə əks etdirdiyindən Ulu Öndərimizin ruhu qarşısında bir daha baş əyməyi özümüzə borc bilirik.

İlham Əliyev Heydər Əliyevin öyrənmək üçün yaratdığı şəraitdən maskimum bəhrələnmək qabiliyyəti olduğunu sübut etdi. İlham Əliyev faktoru Azərbaycan cəmiyyətində ona görə belə böyük nüfuz qazandı ki, o dəyişikliklərin mahiyyətini hamıdan əvvəl görə bildi. İlham Əliyev bunları təhlil edərək konkret nəticələrə gəlib və öz siyasi fəaliyyətini də bu nəticələrə nəzərən quraraq qazandı. Deməli, əgər dövlət başçısı güclüdürsə, iradəlidirsə, qurucudursa, yaradıcıdırsa, sözü ilə əməli vəhdət təşkil edirsə, fikrən mənən xalqı ilə birdirsə onda artıq mübahisələrə yer qalmır.

İlham Əliyev siyasi fəaliyyəti onun nə qədər realist, nikbin, cəsarətli olduğunu göstərir. İlham Əliyev “Mən vəd verməyi xoşlamıram. Ancaq inana bilərsiz ki, yaxın gələcəkdə Azərbaycanın o qədər güclü iqtisadi potensailı olacaqdır ki, bunu ölkəmizin hər bir vətəndaşı hiss edəəckdir. Buna heç bir şübhəniz olmasın” deyəndə yetərincə nikbin və realisdir.

Birmənalı şəkildə demək lazımdır ki, cənab İlham Əliyevin Prezidentliyinin bütün anlarında Azərbaycan xalqının öz seçimində yanılmadığını, xalqın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut edilir. Cənab İlham Əliyev xalqa, seçicilərə gələcək perspektivləri və onlara çatmağın real yollarını göstərdi. Nəticə etibarı ilə onun vədi ilə əməlinin vəhdəti danılmazdır.

Neft sektorunda güclü neft-qaz strategiyası-dünyanın məhşur neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi”, Bakı-Ceyhan neft boru-kəməri, Bakı-Ərzurum qaz boru kəməri və neft sektorunda apardığı digər islahatlar, Beynəlxalq Komunikasiya sahəsində Asiyanı Avropaya birləşdirəcək Bakı-Tibilisi-Qars dəmir yolunun çəkilişi İlham Əliyev xəttin parlaq təzahürlərindəndir.

Bundan başqa, bütövlükdə ölkənin və regionların sürətli sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət proqramları, yüz minlərlə iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gückləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycanın maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasət yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi və s. əminliklə demək oalr ki, bu istiqamətlər və adını çəkdiyimiz başqa vacib sahələr üzrə azərbaycan Prezidentinin bitkin, siyasi, iqtisadi və sosial cəhətdən əsaslandırılmış strateji fəaliyyət proqramları vardır.

İqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan azad edilməsi, özəl sektora dəstək verilməsi, sahibkarlıqın inkişafı üçün kreditlərin ayrılması və ən əsası, beynəlxalq əhəmiyyətə malik və Azərbaycana mühüm dividentlər vəd edən nəhəng enerji layihələrinin həyata keçirilməsi sahəsində zəruri addımlar atılmışdır, uğurlu nəticələr əldə edilmişdir.

Xalqımız fəxri edir ki, xalqın gücünə, iradəsinə,intellektual və mənəvi potensialına arxalanan, Azərbaycanın şanlı tarixinə çevrilmiş çox güclü, dahi rəhbəri və həmin rəhbərin qoyduğu yolu, onun gördüyü işləri layiqincə davam etdirən lideri vardır.Bu cür dərin və praqmatik düşüncə onda əsl siyasətçi simasının olduğunu bir daha sübut edir.

İlham Əliyev prezidentlik fəaliyyətinə başlayan andan öz fəaliyyəti ilə müasir tipli bir siyasətçi və dövlət xadimi obrazını yaratdı. Və bütün komandasının qarşısında “Heydər Əliyev kursunun necə və hansı şəkildə davam və inkişaf etdirməli?” sualını qoydu. Azərbaycanın sabit və etibarlı bugününü və gələcəyini, davamlı sosial-iqtisadi tərəqqisini təmin etməyin yollarını, hüquqi, mənəvi və siyasi varisliyinin təmin olunmasının nədən ibarət olduğunu nəzərə çatdırdı.Bütün cəmiyyəti dərk etməyə çağırdı ki, XXI əsrin Azərbaycanı mütləq ənənəvi, tərəqqi və sabitlik siyasətini – Heydər Əliyev siyasi xəttini davam etdirməli olan yeni tipli siyasətçilərin Azərbaycanı olmalıdır və bu yol qaçılmazdır. Və bu cür də öz fəaliyyətini qurdu.Belə ki, öz fəaliyyəti ilə, ənənəvi və yenilikçi dəyərləri sintez edərək xalqın, millətin ənənələrini saxlayaraq dünyaya inteqrasiya siyasəti ilə güclü bir dövlət və müasir bir cəmiyyət qurdu.

Qısa müddətdə İlham Əliyev Azərbaycan dövlətini dünyada analoqu olmayan bir inkişaf mərhələsinə çatdırdı. Güclü iqtisadi inkişafa, regionda və dünyada öz sözünü deyə bilən qüdrətli bir dövlətə çevirdi. Artıq İlham Əliyev siyasi xadim çərçivəsindən çıxaraq, dövlət xadimi və xalqın lideri statusunu çoxdan qazanmışdır. Burada məşhur Uniston Çörçillin belə bir dahiyana fikrini qeyd etmək istəyirik: “Dövlət xadiminin siyasi xadimdən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri nəzərdə tutaraq fəaliyyət göstərir” . Bu baxımdan İlham Əliyev heç vaxt seçki naminə fəaliyyət göstərməyib, çünki onun belə bir problemi yoxdur. Ona görə ki, o dövlət xadimidir, ictimai xadimdir.

Orta statistik azərbaycanlı liderdə rasionalizm, müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm, islahatçılıq və yenilikçilik kimi keyfiyyətləri görmək istəyir. İlham Əliyevin müxtəlif situasiyalardakı davranışı, ən müxtəlif məsələlərə münasibətdəki mövqeyi onun yuxarıda sadalanan keyfiyyətləri öz siyasi personasında təcəssüm etdirdiyini göstərir.

Əlbəttə şübhə yoxdur ki, çoxşaxəli Lider keyfiyyətlərinə malik Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticələri həm də gələcək nəsillərin rifahlı günlərinə hesablanmışdır. Budur H.Əliyevin dahiyanə xidməti və strategiyası.

Böyük Şəhriyarın belə bir kəlamı vardır: “Sahibi ağıllı olan ev tez abad olar”. Bəli, bu ifadələrin fonunda “Azərbaycan evi” mizin sahibi möhtərəm Prezidentimiz İlham Əliyevin əzaməti danılmazdır. Heydər Əliyev ideyalarından doğan, güc alan dərin islahatlar strategiyası bu gün artıq bütövlükdə düşüncələrdən süzülərək sistemli şəkildə həqiqətə çevrilmiş reallıqlar və faktlardır.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin “sabit məmləkət, qüdrətli dövlət və rifahı millət” strategiyası tam şəkildə uğurla həyata keçirilməkdədir.