YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İndiyədək “Şahdəniz” yatağından 60 milyard kubmetr qaz və 15 milyon ton kondensat hasil edilib

“Şahdəniz” qaz-kondensat yatağından gündəlik 29 milyon kubmetr qaz alınır. Bu günədək yataqdan 60 milyard kubmetr qaz və 15 milyon ton kondensat hasil edilib. Həmin qazın təxminən 32 milyard kubmetri Türkiyəyə, 4,5 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademik qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağının ehtiyatı 1 trilyon 200 milyard kubmetrdir. Yatağın kondensat ehtiyatı isə 240 milyon tondur.

 

DİGƏR Xəbərlər Arxiv