YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhid Şəhriyar Hacıyevin ildönümü münasibətilə anım mərasimi keçirilib

Gədəbəy Rayon Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin rəisi  Eldəniz Süleymanlı , Gədəbəy RİH başçısı aparatının məsul işçiləri, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP rayon təşkilatının Gənclər Birliyinin üzvləri, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda canından keçən şəhid, rayonun Novoivanovka kənd sakini Şəhriyar Şahlar oğlu Hacıyevin ildönümü münasibətilə anım tədbiri keçirilib.

Mərasim iştirakçıları şəhidin ailəsi ​ ilə söhbətlər aparıb onların qayğı və problemlərini dinləniyiblər. Mərasimdə şəhid Şəhriyar Hacıyevin ruhuna dualar oxunub.

Şəhidin valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!