YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Kılıç: İki qardaş liderin Füzuli aeroportunu birlikdə açması həmrəyliyin nümayişidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfəri və Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı bütün dünyaya verilən birlik və qardaşlıq mesajıdır. Azərbaycan böyük Zəfərin ildönümü ərəfəsində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə nələrə qadir olduğunu hər kəsə aşkar şəkildə göstərdi. Qırx dörd günlük ağır müharibədən çıxan Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bir il ərzində gördüyü işlərlə bütün dünyaya quruculuq, yenidənqurma mədəniyyəti göstərdi.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Füzuli Beynəlxalq Hava Limanının Avrasiya məkanında xüsusi əhəmiyyətə malik ərazidə yerləşdiyini, buranın tezliklə bütün türk dünyası üçün səmərəli aviasiya mərkəzinə çevriləcəyindən əminliyini bildirən Hulusi Kılıç deyib: “Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanının açılışına dəvət etməsi özündə təkcə dostluq və qardaşlıq nümunəsini deyil, eyni zamanda, ölkələrimiz və xalqlarımızın möhkəm birliyini nümayiş etdirir. Bu birliyin təməlində mənəvi dəyərlər və tarixi köklər dayanır”.

İki qardaş liderin Füzuli Beynəlxalq Hava Limanını birlikdə açmasını bütün dünyaya həmrəyliyin nümayişi kimi qiymətləndirən səfir Hulusi Kılıç deyib: Prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edən Türkiyə nümayəndə heyətinin tərkibi onu deməyə əsas verir ki, Azərbaycan işğaldan azad olunan ərazilərində, sözün əsl mənasında, xariqələr yaratmaqda davam edəcək və Türkiyə hər zaman olduğu kimi, bütün bu prosesdə də qardaşı ilə çiyin-çiyinə olacaq”.

 

DİGƏR Xəbərlər Arxiv