YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda III Beynəlxalq “Caspian Energy Forum–2015” öz işinə başlayıb

Martın 11-də Bakıda Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Caspian European Club-un dəstəyi ilə III Beynəlxalq “Caspian Energy Forum–2015” öz işinə başlayıb.
Forumu açıq elan edən “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin yaradılması olduğunu deyib. Bildirilib ki, forum üç sessiyada keçiriləcək.
“Bundan əvvəlki iki forum Bakıda təşkil olunmuşdu. Belə forumlar dünyanın 50 ölkəsində keçiriləcək. Ümid edirik ki, bu forum da uğurlu olacaq”,- deyə T.Əliyev bildirib.
Forum öz işini sessiyalarla davam etdirir.
Tədbirdə Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edirlər.

 

DİGƏR Xəbərlər Arxiv