YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Şərqi Zəngəzurun qapısı olan Zəngilan iqtisadi və turizm potensialı ilə bölgənin inkişafına töhfə verəcək

“Qarabağ artıq geniş tikinti meydançasına çevrilib. Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Əliyeva Qarabağda başlanmış yeni quruculuq salnaməsinə öz zəngin töhfələrini verməkdədirlər. Cənab Prezidentin ötən ilin sonlarında, tarixi qələbədən sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərlərindən biri də Zəngilan rayonuna olub. 2020-ci il dekabrın 23-də Zəngilan rayonuna səfər etməklə bu rayonda genişmiqyaslı quruculuğun əsası qoyuldu. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dövlət başçısının Zəngilana səfərini şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, səfərin Zəngilanın işğaldan azad edilməsi gününə təsadüf etməsi xüsusi siyasi məna daşımaqla, həm də cəmi bir ildə Zəngilan rayonun əsaslı şəkildə xeyli dəyişməsini, qurucluğun geniş vüsət almasını nümayiş etdirdi və Böyük Qayıdışın başlanmasının sürətlə davam etdirildiyini təsdiqlədi. “Dövlətimizin başçısı və birinci xanım 2021-ci il aprelin 26-da Zəngilana ikinci dəfə səfər etmiş və Dövlət Sərhəd Xidmətinin ən müasir hərbi hissəsinin açılışı gerçəkləşmişdi. Zəngilanda “Ağıllı şəhər” və “Ağıllı kənd”in əsasını qoyulmuşdu. Eyni zamanda, həmin səfər zamanı Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyulmuşdu. İndiki səfər zamanı isə burada aparılan işlərin vəziyyəti dəyərləndirildi, daha yeni mühüm infrastrukturların əsası qoyuldu. Cənab Prezidentin Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olması, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etməsi olduqca qürurverici hadisə olduğunu sərgilədi. Bir ildə bu rayonda böyük həcmdə işlərin dayanmadan aparıldığını və Zəngilanın yaxın vaxtlarda öz sakinlərini qəbul etməyə hazır olduğunu təsdiq etdi”.
Aydıh Hüseynov bildirib ki, böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Bu rayon müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və sigər ölkələrin kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələr çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.
Aydın Hüseynov deyib ki, Cənab Prezident Zəngilan Zəngilan hava limanının da böyük strtaeji əhəmiyyəti vardır. “Bu hava limanının əsası cəmi bir neçə ay əvvəl qoyulub, ancaq bu müddətdə xeyli işlər görülüb. Gələn il istifadəyə veriləcək hava limanıvasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logiztika mərkəzinə çevriləcək. Azərbaycana ildə 2 milyondan çox turist gəlir, onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımi infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Xarici turistlər  Zəngilan hava limanı vasitəsilə gəlişi bu rahatlığı təmin edəcək. Burada siyasi faktora da diqqət yetirmək lazımdır. Hava limanları Ermənistanla və İranla sərhəd bölgələrdə yerləşir, bunun hərbi-psixoloji mənasını da xüsusi qeyd etmək lazımdır”.
 

DİGƏR Xəbərlər Arxiv