YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıt şəhərində şəhid Əlizamin Mustafalı Valeh oğlunun ildönümü mərasimi keçirilib

Sumqayıt şəhərində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Əlizamin Mustafalı Valeh oğlunun ildönümü mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əlizamin Mustafalı Valeh oğlu 1997-ci il 1 sentyabr tarixində Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə orta təhsilini Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2012-2015-ci illərdə 3 nömrəli peşə liseyində təhsil almışdır.  Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb.

Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsində Cəbrayıl, Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.