YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Cəmil Məmmədlinin barelyef və büstünün açıllşı olub

Səbail rayonu 163 nömrəli tam orta məktəbdə Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Məmmədli Cəmil Habil oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə barelyefi və büstü açılıb. 

Açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və partiya əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin şərəfli ömür yolundan və 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətindən danışılıb.

Qeyd edək ki, şəhid Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv