YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidlərin anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, Tərtər rayonunun Cəmilli kənd sakini İsaxlı Anar Rəsul oğlunun məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək xatirəsini böyük ehtiramla anıblar. Sonra mülki şəhid  Tərtər şəhər sakini Quliyev Anar Tofiq  oğlunun  ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak ediblər.

YAP rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimlərində iştirak edərək ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Şəhidlərimizin  ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin.

DİGƏR Xəbərlər Arxiv