YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş video-konfrans keçirilib

Mingəçevirdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Silsilə tədbirlər Mingəçevir şəhər İcra Hakimiyyətinin və YAP Mingəçevir şəhər təşkilatının birgə təşəbbüsü ilə “Heydər Əliyev – Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət” mövzusunda videokonfransın keçirilməsi ilə yekunlaşıb.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edərək konfrans iştirakçılarına ölkəmizin tarixi müstəqillik yolunu əsk etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi sərgiyə baxış keçirilib.

Videokonfransda Milli Məclis sədrinin birinci muavini Əli Hüseynli, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov və digərləri çxış edərək Azərbaycanın 30 il ərzində keçdiyi inkişaf yolundan bəhs ediblər.