YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mahmud Xudaverdiyevin məzarı və ailəsi ziyarət olunub

YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Milli Məclisin deputatı Kamilə Əliyeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Dardoqqaz kənd sakini Xudaverdiyev Mahmud Əhməd oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv