YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda şəhidlərin ildönümü mərasimləri keçirilib

Şabranda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçən rayonun Düzbilci, Rəhimli və Zeyvə kəndindən olan Şahbabayev Güləddin Zəfər oğlu, Quliyev Daşqın Nəcməddin və Mehdiyev Anar İlham oğlunun şəhadətə yüksəlmələrinin birinci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Tədbirlərə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov və partiya əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

İştirakçılar şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər.