YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı  Araz Novruzov 31, Yusif Səfərov 25, Yusif Səfərov 21, Natiq Əliyev 50  ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqların müstəqilliyimizin bərpasının 30-cu ildönümünə təsadüf etdiyini önə çəkərək bildirib ki, hazırda Azərbaycan müstəqillik tariximizin  ən parlaq səhifəsi olan  Zəfər Gününün birinci ildönümü  ərəfəsindədir:  «1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra başlanan  inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırdı. Müstəqilliyimizin bərpasının ilk illərində  yaşananlar yaddaşlardadır. Tariximizin qara səhifəsi kimi dəyərləndirilən o illərin səciyyəvi xüsusiyyətlərindən biri də hakimiyyətsizliyin torpaqlarımızın işğalına səbəb olması idi.  Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanı   ərazi bütövlüyünə qovuşdurdu. Hazırda ölkəmiz  postmünaqişə dövrünün reallıqlarını yaşayır. 30 ildən sonra düşmən tapdağından azad olunan torpaqlarımıza yeni nəfəs gəlir. Belə ki, bu ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Atılan addımlar,  həyata keçirilən layihələr Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Yeni dövrün reallıqları qarşıya mühüm vəzifələr qoyur. Daim qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ictimaiyyətin böyük rəğbətini qazanan, milyonların partiyasına çevrilən, ən əsası sözü ilə  əməlinin birliyini atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyası  hədəflərə nail olmaq üçün  səylərini artırır, uğurlarımıza  töfhələr verməyə çalışır.»

 V.Rəhimzadə Yeni Azərbaycan Partiyasının digər şəhər və rayon təşkilatları kimi,  Xətai rayon təşkilatının da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün səylərini artırdığını bildirib. 

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Ulduzxan Abdullayev Araz Novruzov 31 ərazi ilk partiya təşkilatının sədri, Pərvanə Ələkbərova sədr müavini,  Tofiq Şıxəliyev Yusif Səfərov 25 ərazi ilk partiya təşkilatının sədri,  Ellada Hətəmzadə  sədr müavini,  Hüseyn Şahmalıyev Yusif Səfərov 21   ərazi ilk partiya təşkilatının sədri, Ağabacı Tahirova  sədr müavini, Arzu Quliyeva Natiq Əliyev 50 ərazi ilk partiya təşkiatının sədri,  Aytac Əkbərzadə sədr müavini   seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.