YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Niftalı Mehdilinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ucarda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mehdili Niftalı Qnyaz oğlunun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

YAP Ucar rayon təşkilatının nümayəndələri, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Jalə Əliyeva Bərgüşad kəndində şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar.