YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda Şəhid Elyar Vəliyevin baralyefinin açılışı olub

Qobustan rayonunun Sədəf kəndində Vətən müharibəsi qəhrəmanı şəhid  Vəliyev Elyar Arif oğlunun  anım günü münasibətilə tədbirlər keçirilib.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Hüquq Mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyəti nümayəndələri  iştirak ediblər.

Anım mərasimində çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov şəhid Elyar Vəliyevin ailəsinə başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə şəhid Elyarın valideynlərinə bir daha  təşəkkür edib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

Tədbirdə şəhid gizir Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyevin keçdiyi döyüş yolundan, göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edilib, döyüş yoldaşları Elyar haqqında xatirələrini danışıblar.

Qeyd edək ki, Xüsusi Təyinatlı qüvvələrin giziri Şəhid Vəliyev Elyar Arif oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “ Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilib.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

Şəhidin ailəsi ziyarət edilib, Şəhid Elyar Vəliyevin  yaşadığı evin qarşısındaki baralyefin açılışı olub.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.