YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Vüqar Ələkbərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Ucarda Vətən müharibəsində qəhrəmancasına şəhid olan gizir Ələkbərov Vüqar Telman oğlunun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Mərasimdə YAP Ucar rayon təşkilatının fəalları, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin, hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonun Qazyan kəndində şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin ailəsi ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhnbərliyinə minnətdarlıqlarını bildiriblər.