YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

YAP Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov xalqımızın hər zaman prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, bu həmrəyliyin 44 günlük Vətən müharibəsində də öz təsdiqini tapdığını söyləyib. Vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun gücü, hərbi üstünlüyü və xalqımızın birliyi hesabına tarixi torpaqlarımız işğaldan azad olunub.

Tədbirin sonunda Azər Süleymanov ərazi partiya təşkilatlarının sədrlərinə tapşırıq və tövsiyələrini verib.