YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində şəhid Emil Hümbətovun ailəsi ziyarət edilib

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən, Zəfər döyüşündə iştirak edib, torpaqlarımızı işğaldan azad edənlərdən biri də Hümbətov Emil Tərlan oğlu olub.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının fəalları Vətən müharibəsi şəhidi Hümbətov Emil Tərlan oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı Vətən müharibəsi şəhidi Hümbətov Emilin əziz xatirəsi yad olunub, ruhuna dualar edilib.

Qeyd edək ki, Emil Tərlan oğlu Hümbətov Şirvan şəhərində anadan olub. E.Hümbətov erməni təcavüzünə qarşı döyüşlərdə fəal iştirak edib, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərib, şəhidlik zirvəzinə ucalıb.

Şəhidin valideynləri Hümbətov Emilin vətənpərvərlik ruhunda tərbiyə olunduğundan, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Emil Hümbətov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medallarına layiq görülüb.