YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının əməkdaşları şəhidlərin anım mərasimində iştirak ediblər

YAP Şamaxı rayon təşkilatının əməkdaşları Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Nəbiyev Orxan Rza oğlunun və Hacıyev Nazim Feyruz oğlunun anım mərasimində iştirak ediblər.

Şəhidlərin məzarı ziyarət edilərək üzərinə  gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov xalqımızın qəhrəman oğullarımızla qürur duyduğunu, şəhidlərin əziz xatirəsinin uca tutulduğunu deyib.

O qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin, qazilərimizin vətənpərvərlik yolunun təbliğində fəal iştirak edir, şəhidlərin ailələrinə, qazilərə daim diqqətlə yanaşır.