YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin yaşadığı məhəllədə təmizlik işləri aparılıb

YAP Nərimanov rayon təşkilatının əməkdaşları və fəalları tərəfindən rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilən şəkil lövhələrinin ətrafında təmizlik işləri davam etdirilir.

Partiya fəalları Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Qərib Baxşəliyevin yaşadığı məhəllədə onun əziz xatirəsinə inşa edilən bulağın və xatirə abidəsinin ətrafında təmizlik işləri aparıblar. Ətrafdakı gül kolları təmizlənib, yaşıllıq sahələri sulanıb.

Qeyd edək ki, Qərib Baxşəliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.