YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatında "Şəhid ailələrinə qayğı" aksiyası davam edir

Şabran şəhəri Surra məhəlləsində yaşayan, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Ağayev Əmirağa Mahir oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov və partiya əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

 Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Qeyd edək ki, YAP Şabran rayon təşkilatının əmakdaşları rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilən şəkil lövhələrinin, Şabran şəhər Şəhidlər Xiyabanın Bulaq abidə komplekslərinin ətrafında təmizlik işləri görüblər.