YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsi dövlətimizin nüfuzuna xələl gətirməyə, ölkəmizi təhdid etməyə çalışanlara, siyasi spekulyantlara mühüm və təsirli cavab oldu

“Prezident İlham Əliyev “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı işlərdən, böyük sərmayə cəlbi ilə işğaldan azad olunmuş ərazilərin timsalında sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinin formalaşdırılmasından, dünyanın Türkiyə, İtaliya kimi güclü ölkələrinin bərpa işlərində yaxından iştirakından, eləcə də ölkəmizin milli maraqları və təhlükəsizliyi məsələlərindən, xüsusilə də anti-Azərbaycan dairələrinin qarayaxma kampaniyalarını iflasa uğramasından danışıb. Prezident İlham Əliyevin müsahibəsi həm də dövlətimizin nüfuzuna xələl gətirməyə, ölkəmizi təhdid etməyə çalışanlara, siyasi spekulyantlara mühüm və təsirli cavab oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha açıq şəkildə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və ölkəmizlə diqtə dilində danışmağın perspektivsiz, uğursuz olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, son zamanlar ərzində İran tərəfinin Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirməsi, Azərbaycan tərəfinin diplomatik etika qaydalarına uyğun təmkinli davranışı müqabilində yenidən isterik addımlar atması, hətta İrandan rəsmi şəxslərin, dindarların yersiz bəyanatlar verməsi, müxtəlif hədələr səsləndirməsi, Azərbaycan sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi və başqa addımları qonşuluq əlaqələri prinsiplərinə, Azərbaycan-İran münasibətlərinin ruhuna zidd hesab edilməkdədir. İranın bu cür xoşagəlməz və qəbuledilməz hərəkətləri heç şübhəsiz ki, Azərbaycan ictimaiyyəti tərəfindən də böyük narazılıq və narahatlıqla qarşılanmaqdadır. Xüsusilə də, Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra böyük quruculuq, bərpa işlərinə başladığı bir zamanda İranın Ermənistana dəstək verməsi, hətta Qarabağda İran sahibkarları tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyəti, həmin ərazilərdə Azərbaycan xalqının maddi sərvətlərinin talan edilməsində İran iş adamlarının xüsusi rolunun olması da böyük narahatedici hal olaraq qəbul edilməkdədir. Ortada bu qədər təkzibolunmaz faktların olduğu halda İran tərəfi hələ də Azərbaycanla təhdidetmə və diqtə dili ilə danışmağa çalışmaqdadır. Lakin başa düşülməlidir ki, İranın bu cür addımları mənasızdır və Azərbaycanla diqtə dili danışmaq perspektivsiz, uğursuzdur. Çünki Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara əsaslanan siyasət həyata keçirməkdədir. Xalqın iradəsinə, dəstəyinə, milli maraqlara əsaslanan bu müstəqil xarici siyasət isə Azərbaycanı müdafiə edən qalxandır”.

“Prezident İlham Əliyev müsahibəsi zamanı siyasi mövqeyi və maliyyəsi tamamilə anti-Azərbaycan mənbəyindən olan QHT-lərin hansısa saxta məlumatlar əsasında hazırladığı qarayaxma sənədləri ilə spekulyasiya edənlərin də cəhdlərini iflasa uğratdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin və dövlətimizin uğurlarını həzm edə bilməyənlərin bir çox ləkələmə kampaniyaları kimi “Pandora” uydurmaları da dəfn olundu: “Uydurma, yalan məlumatlar əsasında qarayaxma kampaniyasını həyata keçirənlər anlamırlar ki, onların niyyəti Azərbaycan cəmiyyətinə bəllidir. Hərkəs bilir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq zəfəri, Qarabağın, Şərqi Zəngəzurun cənnətə çevrilməsi işlərinin başlaması, Prezident İlham Əliyevin xalqın iradəsinə və milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, Qərbdəki bəzi dairələrin diqtəsini, tələblərini qəbul etməməsi erməni lobbisini, onun nəzarətində olan təşkilatları, media quruluşlarını ciddi şəkildə narahat etməkdədir. Bu səbəbdən də, saxta, yalan məlumatlar əsasında ləkələmə, qarayaxma kampaniyası həyata  keçirir, ictimai rəyi manipulyasiya etməklə məqsədlərinə nail olmağa cəhd edirlər. Lakin bu cəhdlər də əbəsdir, iflasa məhkumdur. Beləliklə də, dəstəyi Qərbdəki anti-Azərbaycan dairələrinin əlində olan maşanın bir hissəsi olan əlilər, ariflər, cəmillər, sevinclər, qənimətlər kimilərin yer aldığı “beşinci kolon”un ictimai rəyi çaşdırmaq niyyətləri bu dəfə boşa çıxdı, ictimai dəstək almadı”.

DİGƏR Xəbərlər Arxiv