YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda III Beynəlxalq “Xəzər dəhlizi” konfransı keçiriləcək

Martın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Londonda III Beynəlxalq “Xəzər dəhlizi” konfransı (Caspian Coridor Conference) baş tutacaq.
Konfransda Avropa və Asiya arasında təhlükəsiz enerji dəhlizi və enerji layihələrinin perspektivləri müzakirə olunacaq. Tədbirdə Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznesmenlər, elm adamları və jurnalistlər iştirak edəcək. Konfransın təşkilatçıları London Fond Birjası (LFB), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” qurumudur.
Qeyd edək ki, II Beynəlxalq “Xəzər dəhlizi” konfransı ötən il martın 7-də Londonda keçirilib.