YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın xatirəsi ölkənin hər yerində anılır. 

Həmin tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının fəalları Göygöl rayon Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

 Daha sonra YAP Göygöl rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş Şəhidlər xiyabanında, şəhidlərin şəkilləri olan lövhələrin ətrafında təmizlik işləri aparıblar.