YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda şəhidin barelyefinin açılışı olub

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri  şəhid kəşfiyyatçı Salmanov Azər Vəfadar oğlunun barelyefinin açılışında iştirak ediblər.

Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhid olan əsgərlərimizin cəsarətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı söylənilib.

Tədbirdə çıxış edən şəhidin yaxınları şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, üzləşdikləri çətinliklərin qısa zaman kəsiyində aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılması istiqamətində yüksək işlər görüldüyünü qeyd edib, göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra mərasim iştirakçıları şəhidin barelyefinin qarşısına tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Salmanov Azər sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsi zamanı Hadrut istiqamətində gedən döyüşlərdə 29 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.