YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının fəalları şəhid Əli Qasımovun xatırəsini anıblar

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının əməkdaşları və fəal gənclər rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq və lövhələrin ətrafında abadlıq işlərini davam etdirirlər. 

Belə ki, rayon təşkilatının nümayəndələri tərəfindən şəhid Əli Qasımovun  yaşamış olduğu evin  həyətində gül kolları və yaşıllıq sahələrinə qulluq göstərilib. Həmçinin, bulaq və xatirə lövhəsinin ətrafında təmizlik işləri aparılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Əli Qasımov “Vətən uğrunda” medalı ilə təltif edilib.