YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İbarət Əkbərovun ildönümü mərasimi keçirilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Privolnoye kənd sakini Əkbərov İbarət Faiq oğlunun şəhadətinin ildönümü mərasimi keçirilib.

Mərasimə Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiyanın fəalları da qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanıblar. Ailə üzvləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.