YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun anım mərasimi keçirilib

Zaqatala rayonunun Lahıc kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Səmədov İsmayıl Məhəmməd oğlunun şəhadətinin ildönümü mərasimi keçirilib.

Anım tədbirinə YAP Zaqatala rayon təşkilatının nümayəndələri, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanılıb. Ailə üzvləri göstərilən qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv