YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatında qazilərlə görüş keçirilib

YAP Şamaxı rayon təşkilatının qərargahında partiyanın fəal gəncləri, Şamaxı dövlət regional kollecinin tələbələri ilə Vətən müharibəsi qaziləri arasında görüş keçirilib.

YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib.

O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Görüşdə çıxış edən YAP Şamaxı 5 saylı ərazi ilk partiya təşkilatının sədri Rəfael Tağızadə və Vətən müharibəsi Qaziləri Eynalov Mirhüseyn, Məmmədli Elvin və Sədrayev Sədrə Vətən müharibəsində şanlı ordumuzun göstərdiyi şücaətlərdən danışıblar. Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.